“Mançester Yunayted”in de Yonq planı baş tutmur

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubunu tərk edib İngiltərəyə getmək istəmir.

Newsport.az-ın məlumatına görə, kataloniyalılar maliyyə vəziyyətini düzəltmək üçün niderlandlı futbolçunu satmağa məcburdurlar. De Yonqun qiyməti 80 milyon avrodur.

Daha əvvəl İngiltərənin “Mançester Yunayted” klubunun “Barselona”nın futbolçunun qiymətini aşağı salacağına ümid etdiyi bildirirdi. Futbolçunun özü də transferə razılıq verməyib.

De Yonq ötən mövsüm “Barselona”nın heyətində 46 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun kataloniyalılarla hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right