Naqelsmann “Bayern”in futbolçusunu AÇ-2024-ə aparmaq istəmir

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann “Bayern”in yarımmüdafiəçisi Leon Qoretskanı Avropa çempionatı (AÇ-2024) üçün nəzərdə tutulan heyətdən kənarlaşdıra bilər.

Newsport.az-ın məlumatına görə, millinin çalışdırıcısı Qoretskaya əsas heyətdə yer verməyə hazır deyil.

Baş məşqçi Qoretskanın ehtiyat oyunçular skamyasında əyləşəcəyi təqdirdə, paltardəyişmə otağındakı ab-havanı poza biləcəyinə inanır. Naqelsmann istəmir ki, Qoretskanın narazılığı bütün komandanın əhval-ruhiyyəsinə təsir etsin.

Qoretska əvvəllər eqosunu bir kənara qoyub, Naqelsmannın ona verdiyi istənilən tapşırığı qəbul edəcəyinə söz vermişdi.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right