Timo Verner üçün mövsüm başa çatdı

“Tottenhem”in futbolçusu Timo Verner mövsümün qalan hissəsində meeydana çıxa bilməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ange Postekoğlu danışıb. O, İngiltərə Premyer Liqasının 35-ci turunun “Arsenal”la matçında zədələnərək meydanı tərk edən hücumçunun cari mövsümdə oynaya bilməyəcəyini deyib: Təəssüf ki, Timo son oyunda zədələndi. Onun dizində zədə var. Buna görə də Timo mövsümün qalan hissəsində meydana çıxmayacaq".

Qeyd edək ki, T.Verner London təmsilçisində icarə əsasında oynayır. O, müqavilə ilə “Leyptsiq”ə məxsusdur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right