Azarkeşlər etiraz etdi “Milan” baş məşqçi ilə bağlı qərarı dəyişdi

Xəbər verdiyimiz kimi, “Milan” daha çox “Real” və İspaniya millisində işləməsi ilə tanınan Xulen Lopeteqini baş məşqçi təyin etmək istəyirdi.

Newsport.az-ın məlumatına görə, Milan klubu bir neçə gün əvvəl ispaniyalı çalışdırıcı ilə mövsümə 4 milyon avro maaşla, 3 illik müqavilə ilə bağlı anlaşıb. Amma “Milan” azarkeşləri ötən həftənin sonunda Lopeteqinin gəlişinə qarşı çıxmağa başlayıblar. Bunun üçün müvafiq petisiya yaradılıb. Məlumat klub rəhbərliyinə çatıb və rəhbərlik Lopeteqi ilə bağlı fikrini dəyişib.

Xulen Lopeteqi 2023-cü ilin avqustunda “Vulverhempton”dan gözlənilmədən ayrılıb. İspaniyalı mütəxəssis o vaxtdan bəri işsizdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right