“Arsenal”ın hədəfindədir “İnter”in hücumçusu

“Arsenal” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, İngiltərə klubu transfer hüquqları “İnter”ə məxsus olan fransalı hücumçu Markus Türamla maraqlanır.

Türam 2023-cü ildən İtaliya klubunda çıxış edir. Hücumçu “İnter”ə Münhenqladbax “Borussiya”sından keçib.

“Arsenal” Premyer Liqanın 35 turundan sonra 2-ci yerdə qərarlaşan “Mançester Siti”ni bir xal qabaqlayaraq, 1-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right