“İnter” – çempion!

İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.

Newsport.az xəbər verir ki, bu gün son 2 oyun baş tutub.

“Roma” doğma meydanda “Bolonya” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib.

Son oyun isə lider “İnter”lə “Milan” arasında baş tutub. Əsas izləyicisi və əzəli rəqibinə qalib gələn “İnter” vaxtından öncə çempionluğu bayram edib. Bu, sözügedən klubun tarixində 20-ci İtaliya çempionluğudur.

“İnter” hazırda 86 xalla vahid liderdir. “Milan” 69 xalla 2-ci sırada qalıb. İlk üçlüyü 64 xalı olan “Yuventus” qapayır. “Bolonya” 62, “Roma” 55, “Atalanta” 54, “Latsio” 52 xal toplayıb.

İtaliya A Seriyası
33-cü tur
19 aprel

Cenoa – Latso 0:1
Qol: Luis Alberto, 67.

Kalyari – Yuventus 2:2
Qollar: Qaetano, 30-pen. Mina, 36-pen – Vlahoviç, 61. Dossena, 87-öz qapısına.

20 aprel

Empoli – Napoli 1:0
Qol: Çerri, 4.

Verona – Udineze 1:0
Qol: Koppola, 90+3.

21 aprel

Sassuolo – Leççe 0:3
Qollar: Gendrey, 11. Dorqu, 15. Pikkoli, 61.

Torino – Frozinone 0:0

Salernitana – Fiorentina 0:2
Qollar: Kuame, 80. İkone, 90+5.

Montsa – Atalanta 1:2
Qollar: Maldini, 89 – De Ketelare, 44. Ture, 72.

22 aprel

Roma – Bolonya 1:3
Qollar: S.Əzmun, 56 – Əl-Azzuzi, 14. Zirkze, 45. Salemakers, 65.

Milan – İnter 1:2
Qollar: Tomori, 80 – Açerbi, 18. Türam, 49.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right