Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.

Newsport.az-ın məlumatına görə, məşqlər baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Yığma turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək. Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaq.

Millimizin Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları 17-19 may tarixlərində Bakıda baş tutacaq. Birinci turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right