Şahin Bağırov Azərbaycan millisinin üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.

Newsport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya rəsmisi yığmanın Qızıl Avropa Liqasına hazırlıq prosesi ilə tanış olub, voleybolçularla söhbət edib və onların səhhəti ilə maraqlanıb.

Milli komandanın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Bağırov millinin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını ifadə edib, voleybolçulara uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right