Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatında iştirak edəcək komandalar üçün mükafat fondu ayrılıb.

Newsport.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Avropa Gimnastikası yarışında yenilikdir.

Mükafat fondunun ümumi məbləği 40.000 avro təşkil edir. Çarpaz qarşılaşmalarda qalib €8000, ikinci yer €5000, üçüncü yer €3000, dördüncü yer €2000, 5-8-ci yerlərin hər biri €1000, 9-16 yerin hər biri €500 qazanacaq. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qalib €5000, gümüş medalın sahibi €3500 və bürünc medalın mükafatçısı €2500 sahibi olacaq. Gənclər yaş qrupları yarışında komanda hesabında qalibi €1300, ikinci yeri €1000 və üçüncü yerin sahibini isə €700 gözləyir.

Bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right