Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

Azərbaycanı Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda təmsil edəcək qrup hərəkətləri komandasının heyəti və fərdi gimnastların adları açıqlanıb.

Newsport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup komandasının heyəti 6 nəfərdən ibarətdir.

Bunlar Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadır. Fərdi yarışda isə ölkəmizi iki gimnast – Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcək.

Bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right