“Çempion olmaq istəyərik” “Sərhədçi”nin baş məşqçisi

“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Xəzri”yə qarşı keçirəcəkləri ilk matç barədə danışıb.

Newsport.az-ın məlumatına görə, o, çempionluq arzusunda olduqlarını deyib:

“Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq. Pley-offun “Xəzri”yə qarşı keçirəcəyimiz ilk matçına hazırlaşırıq. İki güclü komanda üz-üzə gələcək. Hər iki tərəf mərhələni keçməyi arzulayır. Hər iki komandanın da yaxşı mövsüm keçirdiyini düşünürəm. Rəqibin heyətində zədəli oyunçular olduğu üçün bəzi dəyişikliklərə gedə bilər. Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq. Məşqlərdə etdiyimiz hər şeyi meydanda göstərməyə çalışacağıq. Çempion olmaq istəyərik və buna köklənmişik. Bütün oyunçuların motivasiyası yüksəkdir”.

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 3-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right