“Xırdalan” pley-offa qələbə ilə başladı

Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının ilk pley-off oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, pley-off 'un 1/4 final mərhələsində "Xırdalan" və "Neftçi" komandaları arasında seriyanın birinci oyunu gərgin mübarizə şəraitində keçib. Oyuna sürətli başlamış "Xırdalan" yekunda 80-75 hesablı çətin qələbə qazanıb.

Bu qələbə ilə "Xırdalan" seriyada 1-0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Xırdalan" (Zeyver Brüyer - 18 xal, 4 ribaund), "Neftçi" (Alfonso Villis - 15 xal, 10 ribaund) 

Qeyd edək ki, "Xırdalan" və "Neftçi" klubları arasında seriyanın ikinci oyunu 2 may tarixində baş tutacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right