Dinamo"nun təklifindən imtina etdi, komandada qalacaq

Gürcüstan milli komandasının qapıçısı Luka Quqeşaşvili "Qarabağ"da qalmağa qərar verib.

Newsport.az saytına verilən məlumata görə, gürcü qolkiperə “Dinamo”dan (Batumi) təklif gəlib.

Lakin o, Ağdam klubunu tərk etmək fikrində deyil. Quqeşaşvili komandada qalaraq yeni mövsüm əsas heyətə düşmək uğrunda rəqabət aparacaq. 

Qeyd edək ki, Lukanın "Qarabağ"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 24 yaşlı qapıçı 2022-ci il iyulun 1-də Ağdam klubuna keçib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right