Elmar Baxşıyev: "Məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil"

"Bərabər səviyyəli oyun getdi. Çox sayda hücum təşkil etdik, sadəcə son nöqtəni qoymaqda çətinlik çəkirdik. Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq. Sezonun sonuna kimi bir az motivasiyanı yüksəldib, sona qədər oynamaq vacibdir".

Newsport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 31-ci turunun "Araz-Naxçıvan" - "Səbail" görüşündən sonra keçirilmiş mətbuat konfransında Elmar Baxşıyev deyib.

Naxçıvan təmsilçisinin çalışdırıcısı jurnalistlərin suallarını da cavablandırıb:

- Komandada qalası olsanız, heyətdə çoxlu dəyişikliklər edəcəksiz?

Yaxşı oyunçular var. Ad çəkməyəcəyik. Hər bir komandaya əlavələr vacibdir. Daha da inkişaf etmək istəyiriksə...Bəzi mövqelər var ki, orada rəqabət yoxdur. Gələcəkdə nə olacaqsa, ona uyğun çalışacağıq.

- Neçə turdur ki, uduzursuz. Bu məqam psixoloji cəhətdən komandaya necə təsir edir?

Çalışırıq ki, komandanın üzərində təzyiq olmasın. Bu gün məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil. Oyunçular meydanda çalışırlar. Ani diqqətsizlik nəticəsində qapımızda iki standar vəziyyətindən qol gördük. Bu da qaçılmazdır. 

- Hakimliklə bağlı fikriniz necədir?

Bugünkü oyundan danışırıqsa, hakim oyunun nəticəsinə təsir etmədi. Sadəcə bəzi epizodlarda mübarizəni davam etdirə bilərdi. Amma çox xırda foaullarla müdaxilələr etməyə çalışırdı. Bu gün hakimlik pis deyildi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right